Mothercrn Əmgəyin normal bağlanma müddəti 3-18 aydır.3 ayından tez və 18 aydan gec bağlanan əmgəklərdə bir həkim baxışı və araşdırması məsləhətdir.Əmgəyin 3 ayından tez bağlanması və ya doğumda bağlı olması aşağıdakı xəstəliklərə işarətdir.
- Kraniosinostozlar.
-Bətndaxili infeksiyalar(Sitomegalovirus,Toxoplazmoz,Rubella).
-Bəzi metabolik xəstəliklər.
-Hipoksik-İşemik ensefalopatiya.
-Anadangəlmə hipertireoz və s.
Körpəni müayinə edərkən həkim tərəfindən əmgəyin ölçüsünə,baş çevrəsinin dinamik böyüməsi nəzarətdə tutulmalıdır.İlk 3 ayda bağlanmamış,18 ayindan sonra da açıq olmayan əmgək normal hesab edilir.Əmgəyin bağlanmaması üçün aparılan müalicələr yersizdir.Və ya 18 ayından tez əmgəyin bağlanması üçün istifadə edilən kalsium preparatları ancaq və ancaq körpəyə zərər verməkdir.Bundan başqa kiçik ölçülü əmgəkdə diqqət edilməsi gərəkən baş çevrəsinin dinamik olaraq normal böyüməsidir.Uşaqlarda baş çevrəsi adətən ilk 0-3 ayda aya 2 sm, 3-6 ayda aya 1 sm, 6-12 ayda isə aya 0.5 sm böyüməlidir.Əmgəyin ölçüsünün balaca olması profilaktik D vitaminin istifadəsinə əks göstəriş sayılmır.Əmgəyin balaca olması profilaktik peyvəndlərin vurulmasına əks göstəriş deyildir.Əmgəyin balaca olması kəllədaxili təzyiqin yüksəlməsinə səbəb olmaz.Əmgıyin balaca olması hər hansı bir müalicə tələb edəcək bir durum deyildir.Əmgəyin üzərində hiss edilən pulsasiya normaldır.
Uşaqlarda adətən əmgək üstündə qərtməqlər toplanar.Qorxmadan onu təmizləmək lazımdır.Daramaqla,qaşımaqla,toxunmaqla əmgək zədələnməz.Məqsədimiz,Əmgəklə əlaqəli boşuna aparılan çoxsaylı müalicələrə məruz qoyulmuş körpələrin sayını azaltmaqdır.Oxuyun, Maariflənin və Körpənizi belə cəfəngiyyat müalicələrə məruz qoymayın.Sağlam olun!